Dünyaya gözəl Qarabağı ilə səs salan doğma Azərbaycanım. 30 il məğrur xalqın əzab çəkdi, hər şeyə sinə gərdi. Nəhayət 30 il sonr 2020-ci ildə 44 günlük müharibə apararaq düşmən işğalına son qoydu. Şanlı Ordumuz qızıl Qarabağımızı erməni vandallarından azad etdi. Dağıdılan, viran edilən yerlərdə dinc quruculuq işlərinə başladıq. Yollar çəkildi, elektrik xəttləri bərpa olundu. Su kəmərləri yenindən quruldu. Şuşamız mədəniyyət paytaxtına çevrildi. Ağalı kəndinin sakinləri doğma yurdlarına qovuşdular, əkin-biçin işlərinə başladılar. Görülən işlər o qədər ürəkaçandır ki, yazdıqca qurtaran deyil. Laçın şəhəri, Zabux kəndi azad olundu. Ancaq erməni vandalizmi yenə davam edir. Hər yana “gizli düşmənin” basdırılması, evlərin sökülüb-yandırılması, sevmədiyimiz heyvanın qanı ilə evlərin çirkləndirilməsi erməni barbarlığının hələ sona yetmədiyini bir daha sübut edir. Onlar elə hərəkət edir ki, guya bu torpaq neçə əsrlərdir ki, onların imi.. Ancaq bu bizi qorxudan deyil. Ali Baş Komandanımız demişkən, hələ “Dəmir yumruq” yerindədir. II Qarabağ müharibəsindən dərs almayan ermənilərə hələ çox dərs vermək lazımdır. Sentyabrın 12-13-də sərhədlərimizdə törədilinən erməni vəhşiliyi ordumuz tərəfindən cavablandırıldı. Düzdür, igid oğullarımız şəhid oldu, ancaq onların qisası layiqincə alındı. Prezindentimiz sentiyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etdi. Burada Rusiya, Azərbaycan, Belarus, İran, Pakistan, Türkiyə və başqa dövlətlərin rəhbərləri iştirak edirdi. Sammitdə əsas 2 məsələ qoyulmuşdu: regionda sülhün təmin olunması, nəqliyyat-kommunikasiya əlaqələrinin qurulması. Burada Zəngəzur dəhlizi barədə danışıldı. Möhtərəm Prezidentimiz Sammitdə çıxış etdi. Son dövrlərdə ölkəmizdə çəkilən dəmir yolları, tikilən hava limanları barədə məlumat verdi. O, ölkəmizdə 52 gəmi ilə görülən əlaqələrdən danışdı. Bildirildi ki, Zəngəzur yolu açılandan sonra dünya dövlətləri ilə əlaqə daha da möhkəmlənəcək. Son vaxtlar ölkəmizdə ermənilərin törətdiyi təxribat barədə də danışdı. Bildirdi ki, 1993-cü ildə BMT-nin sülh barədə qətnaməsində qeyd olunan məsələləri dövlətimiz özü həyata keçirdi. Ermənistan hər dəfə sülh danışıqlarını pozmağa çalışır. Ölkəmiz Ermənistana sülh barədə beş əsas prinsip təklif edib. Ancaq onlar yenədə təxribat törədir, sülh danışıqlarını pozular. Sentyabrın 12-13-də sərhəd xəttində törədilən təxribatın qarşısını aldıq. Bu olan hadisələrə görə Ermənistan dövləti özü cavab verəcək. Qoşulmama hərəkatına ölkəmizin rəhbərliyinin 2023-cü ilə qədər uzadılmasının da ölkəmizə olan hörmətdən irəli gəldiyini söylədi. Möhtərəm Prezidentimiz nəqliyyat-kommunikasiya əlaqələrinin inkişaf etdirəcəyini bildirdi. Sammitdə Smərqənd bəyənnaməsi qəbul edildi. Burda İştirak edən Terkiyə Prezidenti R.T.Ərdoğan Ermənistana çağırış etdi, onları sülhə çağırdı. Bu sammit ölkələrin gələcək xoşbəxtliyinə bir yol idi. Belə bir hörmətə layiq olduğumuz halda Ermənistan yeni bir yola əl atdı. ABŞ-nın Konqresinin Nümayəndələr Palatasının spikeri N.Pellosi Ermənistana- doğmalarının harayına yetişdi “Ağbirçək xanım” ölkəmizə qarşı ləyaqətsiz iftiralara atdı. Neçə illər bundan əvvəl baş verən soyqırım qurbanlarına “timsah göz yaşları” tökdü. Guya ki, onun əzizləri ölüb. Öz şəxsi maraqlarını güdən Pellosi, əvvəllər sən harada idin, indi ortaya çıxıb havadarlıq edirsən. Ədalətli insansansa, ermənilər 30 il bizlərə təcavüz edəndə “qardaş-bacılarına” ağıl verəydin. İndi seçkiləri udmaq üçün hər yola əl atırsan. Bizim də Allahımız var. Biz qorxan deyilik. Hələ Fransada Azərbaycan səfirliyinə edilən təxribatları demirəm. Gücün varsa döyüş meydanında göstər. Bununla nə edəcəksiniz? İt hürər karvan keçər-deyiblər. Dəmir yumruğumuz yerindədir. Dincəlməsəniz, yenə öz odunuza yanacaqsınız. Arzu edirəm ki, işıqlı yurdumuzun uğurları bol olsun. Xalqımız səbrli olsun. Azərbaycan Bütöv olsun. Düşmənin izi torpaqlarımızdan silinsin.Nataliya Yusibova,Xocalı rayon ziyalısı